Ombudsmanın əməkdaşları Xızı, Siyəzən, Şabran və Qusar rayonundakı müvəqqəti saxlama təcridxanalarına baş çəkiblər
Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri olan Quba Regional Mərkəzinin əməkdaşları İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, bu günlərdə Xızı, Siyəzən, Şabran və Qusar Rayon Polis şöbələrinin (RPŞ) müvəqqəti saxlama təcridxanalarına (MST) başçəkmələr həyata keçiriblər. SİA-nın xəbərinə görə, qrupun üzvləri başçəkmələr zamanı bu müəssisələrdəki saxlanma şəraitini araşdırıb, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub, hər hansı bir pozuntu aşkar edilməyib. MST-lərdə saxlanılan şəxslərlə söhbət aparılmış, onlara hüquqları izah olunub.
Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər. Başçəkmə keçirilən müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB