Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi

- Babil çarı II Navuxodonosorun əmri ilə Qüds məbədi və sarayı yandırılıb (e.ə.587)

- Misirdə Abbasilər xilafətinin yaranması elan olunub (1172)

- İstanbulda böyük zəlzələ baş verib (1509)

- 1812-ci il müharibəsi çərçivəsindəki Eri gölü döyüşündə ABŞ ordusu Britaniya donanmasını məğlub edib (1813)

- Almaniyada uzunluğu 10 km olan ilk dəmir yolu xətti açılıb (1835)

- Krım müharibəsi: fransız, ingilis və sardiniyalılardan ibarət müttəfiq qoşunları Sevastopolu tutublar (1855)

- Tunisdə ilk konstitusiya qüvvəyə minib (1857)

- Rusiya Kokand Əmirliyini ələ keçirib (1875)

- Drezdendə antisemitlərin ilk beynəlxalq konfransı - Qeyri-yəhudi maraqlarının müdafiəsi Konqresi keçirilib (1882)

- Böyük Göllər sisteminə daxil olan Yuxarı və Huron gölləri arasında Su-Sent-Meri kanalı açılıb (1895)

- Avstriya və Antanta üzvləri Polşa, Macarıstan, Çexoslovakiya və Yuqoslaviyanın müstəqilliyin tanınmasını nəzərdə tutan Sen-Jermen müqaviləsini imzalayıblar (1919)

- Bakıda Türkiyə Kommunist Partiyası təsis olunub (1920)

- Sovet İttifaqı Millətlər Cəmiyyətinə qəbul edilib (1934)

- II Dünya müharibəsi: Kanada faşist Almaniyasına müharibə elan edib (1939)

- Böyük Britaniya İrana qarşı iqtisadi boykota başlayıb (1951)

- Bağdadda keçirilən konfransda (10-14 sentyabr) Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) təsis edilib (1960)

- "British Airways" və "Inex-Adria" şirkətlərinə məxsus 2 təyyarənin Zaqreb yaxınlığında toqquşması nəticəsində 176 nəfər həlak olub (1976)

- Anatoli Karpov və Harri Kasparov arasında şahmat üzrə dünya çempionu titulu uğrunda 5 ay davam edəcək şahmat oyunu başlayıb (1984)

- İsveçrə BMT-yə qəbul olunub (2002)

- Cenevrədə Böyük Adron Kollayderinin sınaqları başlayıb (2008)

- İranın Hörmüzqan əyalətinin Bəndər-Abbas şəhərinin 46 kilometr qərbində Rixter Şkalası üzrə 7,5 bal gücündə zəlzələ baş verib (2008)

Bütün xəbərlər Facebook səhifəmizdə