Liviya lideri Müəmmar Qəddafi baba olub. Qəddafinin qızı Aişə Liviya sərhədindən Əlcəzairə keçdikdən bir gün sonra qız uşağı dünyaya gətirib. SİA-nın xəbərinə görə, Əlcəzair hökuməti Qəddafi ailəsini humanistlik əlaməti olaraq sərhəddən buraxdığını bəyan edib. Liviyanın Millli Keçid Şurası isə Qəddafi ailəsinin ekstradisiyasını tələb edəcəyini bildirib.
Qeyd edək ki, Əlcəzairin Qəddafi ailəsinə sığınacaq verməsi səbəbsiz deyil. Belə ki, Əlcəzair hökuməti Liviyanın yeni hökumətinin leqitimliyini tanımır və onlar hələ əvvəldən NATO-nun Liviya böhranına qarışmasının əleyhinə olublar. Ölkə hakimiyyəti qonşu ölkədə hakimiyyətə gələn yeni qüvvələr hesabına Liviyaya yeni maliyyə axınının gələcəyini və bununla da "Əl Qaidə" terrorçu qruplaşmasının maliyyələşdiriləcəyindən ehtiyatlanır.
Müəmmar Qəddafinin özünə gəlincə isə Liviyanın hələ devrilmiş sayılmayan liderinin oğlu Sədi ilə birlikdə paytaxt Tripolinin 100 km uzaqlığında yerləşən Beni-Valid şəhərində olduğu ehtimal edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB