Poltavada Azərbaycan mədəni-maarif mərkəzinin açılışı mərasimi olub
Poltava İqtisadiyyat və Ticarət Universitetində (PİTU) Azərbaycan mədəni-maarif mərkəzinin təntənəli açılışı mərasimi olub. SİA-nın aldığı məlumata görə, bu mərkəzin yaradılması Bakı Slavyan Universitetinin (BSU) poltavalı həmkarları ilə çoxillik əməkdaşlığının nəticəsidir.
Azərbaycan mədəni-maarif mərkəzini təntənli şəkildə PİTU-nun rektoru Aleksey Nestulya və BSU-nun elmi iş üzrə prorektoru Məmməd Əliyev açıblar. Həmin gün onlar iki ali məktəb arasında əməkdaşlıq haqqında saziş imzalayıblar.
Mərkəzdə mədəni-maarif tədbirləri, tematik sərgilər, kütləvi təqdimat mərasimləri, bir sözlə, Azərbaycan haqqında informasiyanın genişlənməsinə, qədim tariximizin və zəngin mədəniyyətimizin təbliğinə kömək göstərəcək tədbirlər keçiriləcək.
Axşam BSU-nun və PİTU-nun tələbələrindən ibarət özfəaliyyət kollektivinin iştirakı ilə bayram konserti olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB