Nuşirəvan Məhərrəmli: \"Televiziya məkanında ən vacib problem aparıcılarla bağlıdır” -AÇIQLAMA

Nuşirəvan Məhərrəmli: \"Televiziya məkanında ən vacib problem aparıcılarla bağlıdır” -AÇIQLAMA

Azərbaycandakı televiziyalarda ən vacib problemlərdən biri aparıcılarla bağlıdır. SİA-nın xəbərinə görə, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli məlumat verib. O bildirib ki, telekanal rəhbərlikləri aparıcıların seçimində çox diqqətli olmalı, aparıcılar isə öz növbəsində Azərbayacn dilini mükəmməl bilməli, ləhcə ilə danışmamalıdır. N.Məhərrəmlinin sözlərinə görə, Azərbaycanın ədəbi dil normaların qorunmasında MTRŞ-nın üzərinə böyük məsuliyyət düşür: "Mən bir şura sədri kimi yox, adi vətəndaş olaraq telekanalllarda Azərbaycanın ədəbi dil qaydalarının pozulmasını çox narahatlıqla izləyirəm. Dili qorumaq hər birimizin borcudur. Televiziyalarda Azərbaycan ədəbi dilində qarışıq cümlələr işlədən, qeyri-Azərbaycan dilində danışan insanlara rast gəlinir. Bəzi incəsənət, mədəniyyət, tibb və digər sahələrdə çalışanlar öz dillərində danışa bilmir, öz danışıqları, dünyagörüşləri aşağı olduğu halda bu eybəcərlikləri efirə gətirirlər. Hər bir insan cəmiyyət qarşısındakı məsuliyyətini hiss etməlidir. Aparıcıların danışıqlarında problemlər mövcuddur. Onlar bir çox hallarda xəbərlərin mahiyyətinə fikir vermirlər. Faciəvi xəbərlər gülməli və ya əksinə çatdırırlar".

MTRŞ sədri qeyd edib ki, \"tok-şou\"larda vəziyyət daha acınacaqlıdır. Onun fikrincə, \"tok-şou\" aparıcılarının bilik səviyyəsi aşağı olduğundan vəziyyət ürəkaçan deyil. O vurğulayıb ki, məktəbdə dəcəllik edən, mənfi obraz formalaşdıran insanlar indi müsbət imic yaradaraq müsbət insan psixologiyasına uyğun hərəkət etməyə çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə