“Azərbaycan ədəbi dilinin qorunmasında telekanalların rolu” mövzusunda keçirilən monitorinqin nəticələrini açıqlandı
Bu gün Milli Televiziya və Radio Şurası (MRTŞ) "Azərbaycan ədəbi dilinin qorunmasında telekanalların rolu" mövzusunda keçirilən monitorinqin nəticələrini açıqlayıb. SİA-nın xəbərinə görə, MTRŞ Elektron Mediayaya Yardım Fondu ilə birgə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə apardığı "Azərbaycan media məkanında ədəbi dilin qorunması" layihəsi əsasında baş tutub.
Tədbirdə çıxış edən MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, teleradio sahəsində Azərbaycan ədəbi dilinin qorunması vacib məsələdir. O vurğulayıb ki, -ci ildə MTRŞ bütün verilişlərin Azərbaycan dilində yayımlanması barədə qərar qəbul: "Bu illər ərzində Azərbaycan ədəbi dilinin qorunması istiqamətində müəyyən işlər görülüb. Amma bununla yanaşı, müəyyən problemlər və nöqsanlar da var. Bütün bunları nəzərə alaraq teleradio məkanında monitorinqlər keçirilib. May ayının əvvəllərindən başlayaraq monitorinq "Telekanallarda xəbər-informasiya proqramının aparıcılarının nitqi", "Şou verilişi aparıcılarının nitqi" və "Dublyaj olunmuş veriliş və filmlərin dili" istiqamətləri üzrə aparılıb.
Daha sonra çıxış edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun professoru İsmayıl Məmmədov monitoqinqin nəticələri barədə ətraflı məlumat verib. O bildirib ki, monitorinqlər zamanı ANS, Lider, ATV, Space və Xəzər kanallarında yayımlanan veriliş və proqramlarda ədəbi dil normalarının pozulması halları müşahidə olunub: "Monitorinqin nəticələrinə görə, İctimai Televiziyanın "Carçı" proqramının aparıcılarının nitqi normal, ədəbi normalara müvafiqdir. ATV kanalında "Son xəbər" informasiya buraxılışının aparıcılarının və AzTV-nin "Xəbər" informasiya buraxılışı diktorlarının nitqi qənaətbəxşdir."Xəzər" televiziyasında informasiya proqramının aparıcılarının nitqi isə zəif, Türkiyə müxbirinin nitqinin intonasiyası yaxşı deyil. "Xəzər Xəbər" informasiya buraxılışında "olacey", "olajax", "stayanka", "qarantiya vermək" kimi söz və ifadələr işlədilir "Space"-də "Hər gün" informasiya buraxılışının aparıcısının nitqi çox sürətlidir."Lider" kanalında "Səda" informasiya proqramının aparıcılarının nitqi ədəbi normalara müvafiqdir.ANS telekanalında "Xəbərçi"nin aparıcısının nitqi aydındır. Lakin ANS-də də müəyyən dil nöqsanları da müşahidə edilib".
Sonra isə telekanallarda aparılan monitorinqlərin yekunu olaraq bəzi təkliflər səsləndirilib: "Hər bir telekanalın dilə nəzarət qurumu olmalıdır. Televiziyanın dil qurumu hər bir alınma sözə həssas münasibət bildirməlidir. "Space", "Lider", "ANS" və s. Kimi bir sıra telekanal və şirkətlərin öz adlarından başlamaq lazımdır. Reklamlarda alınma sözlər ayaq tutub yeriyir, müxtəlif şirkət, onların ana dilində qarşılığı axtarılmalıdır. Şou aparıcıların nitqinə xüsusi nəzarət edilməlidir. Televiziya efirində kobud fikirlərin, vulqar ifadələrin istifadəsinə yol verilməməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB