Məlahət İbrahimqızı: “Müstəqilliyimizi yenidən qazanmaqla milli kimliyimizi bir daha sübut etmiş olduq”- MÜSAHİBƏ (SƏS TV)

Məlahət İbrahimqızı: “Müstəqilliyimizi yenidən qazanmaqla milli kimliyimizi bir daha sübut etmiş olduq”- MÜSAHİBƏ (SƏS TV)

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon Təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızının SƏS TV-yə müsahibəsi


- Məlahət xanım, Azərbaycanın müstəqilliyinin 20 illiyinin qeyd edilməsi ilə bağlı prezident İlham Əliyevin sərəncamını dövlət müstəqilliyimizə verilən möhtəşəm dəyər, xalqımızın özünüdərkinə verilən yüksək qiymət kimi qeyd etmək olarmı?

- Bu il Azərbaycan xalqı çox möhtəşəm bir tarixi və yüksək nəaliyyətini, yəni müstəqilliyimizin 20 illik yubileyini qeyd edəcək. Həmin tarix Azərbaycan xalqının yaddaşından silinməz izlər buraxacaq. Zaman keçdikcə də bu günün qeyd olunması hər zaman yaddaşlarda qalacaq. Buna görə də prezident İlham Əliyevin bu sərəncamını yüksək qiymətləndirmək lazımdır. Müstəqilliyimizdən əvvəl Azərbaycan uzun müddət sovet imperiyasının əsarətində olub. 1991-ci ildə müstəqilliyimizi yenidən qazanmaqla milli kimliyimizi bir daha sübut etmiş olduq. Bu da bir reallıq idi ki, hər hansı bir dövlətin müqəddəratı ilə bağlı başqa ideologiya var idi. Buna görə də bu tarixi gün xüsusi qiymətləndirilməlidir.


- Azərbaycanın müstəqillik əldə etməsinin asan, ancaq onu qoruyub saxlamağın çətin olduğunu 1990-93-cü illərdə cərəyan edən xaos və anarxiyada görmək mümkün oldu. Bəlkə o ağır, ictimai-siyasi proseslərə nəzər yetirəsiniz...

- 1991-ci ildə dünyanın taleyini həll edən güclü dövlətlər artıq SSRİ-nin dağılmasına qərar verdilər. Bununla da SSRİ-nin tərkibinə daxil olan dövlətlər öz müstəqilliyini qazanmalı idi və bu belə də oldu. Digər dövlətlər kimi Azərbaycanda öz müstəqilliyini qazanacaqdı, ancaq təəssüflər olsun ki, bir çox faciəli günlər baş verdi. Buna misal qanlı "20 Yanvar", Xocalı və digər bu kimi qanlı hadisələri göstərmək olar. Bunun da bir sıra səbəbləri olub ki, 20 % torpaqlarımızı düşmən işğal edib. Səbəblərdən biri də o olub ki, Azərbaycan hər zaman geosiyasi mövqe baxımdan bir çox dövlətlərin marağında olub. Ona görə, bu dövləti idarə edən rəhbərlər də çox məsuliyyətli olmalı idi. Belə bir dövlətdə də rəhbərlik etmək çox çətin məsələ idi. Hakimiyyətdə olan rəhbərliyin qeyri- peşəkar olması da çox mənfi hal idi. Digər tərəfdən də erməni lobbisi hər zaman güclü olub. Heydər Əliyev hakimiyyətə gəlməmişdən əvvəl Azərbaycan az qala dünya xəritəsindən silinirdi. Ulu öndərimizin hakimiyyətə gəlişi ilə bu kimi problemlər öz həllini tapdı. Prezident İlham Əliyev də bu siyasəti layiqincə davam etdirir. Hazırda Azərbaycan regionun lider dövlətlərdən biridir. Azərbaycan həm də Avropa üçün önəmli bir dövlətdir. Müstəqillik qazanmaq nə qədər asandırsa onu qoruyub saxlamaq bir o qədər də çətindir.

1993-cü ildə Azərbaycan uçurumun kənarında idi. Düşünürəm ki, Azərbaycanın vəziyyəti o zaman çox acınacaqlı olardı. Müstəqil dövlət kimi tanınmağımızda və ölkəmizin inkişafını məhz Heydər Əliyev dühasına borcluyuq.

Bütün xəbərlər Facebook səhifəmizdə