Yol polisi işini gücləndirəcək

Yol polisi işini gücləndirəcək
Yeni dərs ilinin başlaması ilə əlaqədar yol polisi gücləndirilmiş iş rejimində işləyəcək. Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəisi Vaqif Əsədovun SİA-ya verdiyi məlumata görə, dərs ilinin başlanması ilə əlaqədar yollarda nəqliyyatın hərəkətinin intensivləşməsi və piyadaların sayının artması yol polisinin işinin gücləndirilməsinə səbəb olub: "Sentyabr ayının 15-dən sonra dərs ilinin başlanması ilə əlaqədar paytaxtda onsuzda sıx olan nəqliyyat vasitələrinin sayı daha da artacaq. Yol polisi bu istiqamətdə tədbirlər həyata keçirməklə hərəkətin təhlükəsizliyini təmin edəcək".

V. Əsədov onu da bildirdi ki, paytaxtda qeydə alınan qəzaların əsas səbəblərindən biri də piyadalardır. Təyin olunmayan yerlərdən keçən piyadaların vurulması ümumilikdə yol hadisələrin 52 faizini təşkil edir.

Yol polisi sürücü və piyadalara ehtiyatlı olmağa və yol hərəkəti qaydalarına əməl etməyə çağırır.


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com