Məzahir Pənahov: “Beynəlxalq müşahidəçilərdən qorxmaq lazım deyil”
Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam etdirilib.
SİA-nın məlumatına görə, bu gün daxili işlər nazirinin müavini Oruc Zalov "Seçki prosesində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri" mövzusunda, MSK üzvü Fuad Cavadov "Seçici siyahılarının tərtibi, dəqiqləşdirilməsi, seçicilərə təqdim edilməsi qaydası və şərtləri" mövzusunda, MSK nəzdində "Seçkilər" İnformasiya Mərkəzinin direktoru Ramil Hüseynov isə "Seçki prosesində dövlət avtomatlaşdırılmış informasiya sistemindən (DAİS) istifadə təcrübəsi, veb-kameraların tətbiqi" mövzusunda məruzə ilə çıxış edib.
MSK sədri Məzahir Pənahov isə çıxışında bildirib ki, Azərbaycanda hər kəs beynəlxalq standartların tələblərinə cavab verən Seçki Məcəlləsinə tabe olmalıdır: \"Biz istəsək də, istəməsək də beynəlxalq müşahidəçilər daha etibarlı mənbə kimi qəbul olunur. Onlardan qorxmaq lazım deyil. Beynəlxalq müşahidəçilərin ən yaxşı qarşılanması onlar gələn zaman seçki komissiyası üzvlərinin öz işi ilə məşğul olmasıdır. Beynəlxalq müşahidəçilər Azərbaycanın iqtidarda olan partiyasının populyarlıq səviyyəsi barədə məlumatları var .Lakin bəzən seçki məntəqələrində yersiz hərəkət edərək qaş düzəltmək yerinə göz çıxaranlar, bununla da beynəlxalq müşahidəçilərə əsas verənlər olur. Bunu dəqiq bilməliyik ki, biz ingilis, almanı və başqalarını aldada bilmərik".
MSK-nın bundan sonra da beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirəcəyini bildirən M. Pənahov bildirib ki, Azərbaycanda proseslərin içərisində formalaşmış DSK sədrləri var.
Sonda M. Pənahov 125 DSK sədrinə sertifikatları təqdim edib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB