Gənclər və idman naziri: “Biz çalışırıq ki, ipoteka ayrılan vəsaitlər bazardakı mənzillərin qiymətinə uyğunlaşdırılsın”
2007-ci ildə Prezident İlham Əliyevin xüsusi fərmanına əsasən sosial ipotekaya ayrılan vəsait 35 min manat nəzərdə tutulub. Bu vəsaitin 15 ilə qaytarılması müəyyənləşdirilib. SİA-nın xəbərinə görə, bunu Gənclər və İdman Naziri Azad Rəhimov bu gün keçirdiyi hesabat mətbuat konfransında jurnalistlərə bildirib.
Nazir artıq 2007-ci ildən bəri gənclərin və gənc ailələrin bundan istifadə etdiyini söyləyib. O, ipotekaya ayrılan vəsaitin artırılmasını da vacib bilib: "Biz çalışırıq ki, ipotekaya ayrılan maliyyə vəsaiti artırılsın. Hətta bununla bağlı müəyyən danışıqlar aparmışıq. Mənzillərin qiyməti yüksək olduğundan biz ipotekaya ayrılan vəsaiti bazardakı qiymətlərə uyğunlaşdırmağa çalışırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB