Millət vəkili Sahibə Qafarova seçicilərlə növbəti görüşlərini keçirib
98 saylı Şəmkir şəhər seçki dairəsindən Milli Məclis üzvü seçilmiş Yeni Azərbaycan Partiyasından olan deputat, Bakı Slavyan Universitetinin prorektoru, professor Sahibə Qafarova seçicilərlə növbəti görüşlərini keçirib. SİA-nın xəbərinə görə, Şəmkir rayonunun Hacıalılar, Atabəy, Muxtariyyə, Əliyaqublu və Yeni həyat kəndlərində keçirilən görüşlərdə millət vəkili sakinlərin problemləri ilə maraqlınb, onları narahat edən müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sahibə Qafarova kənd sakinlərinə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası, rayon və kəndlərdə yaşayan əhalinin sosial-iqtisdi vəziyyətinin yaxşılışdarılıması istiqamətində görülən işlər və Milli Məclisin fəaliyyəti haqqında geniş məlumat verib. O, daha sonra seçicilərin müraciətlərini qəbul edərək, onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq qurumlarla məsləhətləşmələr aparacağını söyləyib.
Seçicilərlə daha bir görüş isə rayonun Çinarlı qəsəbəsində baş tutub. Qəsəbə sakinlərinin böyük maraq göstərdiyi görüş yüksək əhval-ruhiyyədə keçib. Şəmkir şəhər mərkəzində keçirilən növbəti görüşdə də sakinlərin millət vəkilinə sualları cavablandırılıb, bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu görüşdə sakinləri fərdi qaydada qəbul edən millət vəkili onların hər birinin problemləri ilə maraqlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB