Gəncənin içməli su və kanalizyasiya sistemi müasir şəkildə yenidən qurulacaq - FOTOSESSİYA
Gəncə şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində aparılan müzakirlər öz nəticəsini verdi. SİA-nın bölgə müxbiri xəbər verir ki, bu gün layihənin təmələqoyma mərasimi təkşil edilib. Tədbirdə İsvençrənin ölkəmizdəki səfiri Sabina Şaban, Almaniya İqtisadi Əməkdaşlıq Nahzirliyinin Qafqaz üzrə nümayəndəliyi, "Azərsu" ASC-nin rəsmiləri, şəhər İcra Hakimiyyətinin başçısı və digər qonaqlar iştirak edib. Bildirilib ki, layihə Gəncənin içməli su prorblemini köklü şəkildə həll edəcək. Bundan əlavə kanalizyasiya sistemi tam müasir şəkildə yenidən qurulacaq.
Lahiyə Almanityanın "KF" bankı, İsveçrənnin
İqtisadi Əməkdaşlıq Təşkilatı və Azərbaycan höküməti tərfindən həyata keçirilir.
İşlərə 2006-cı ildən start verliməsi nəzərdə tutulsa da çonradan bəzi dəyişiklər
edilib. Belə ki, alman və isveçrəli mütəxəssislər 5 il bundan öncə təsdiq edilən
layihədə Gəncənin ancaq 54 %-nin içməli su
ilə təmin olunacağını bildiriblər. Lakin Azərbaycan höküməti layihəyə ykenidən baxıb
və ölkə prezdentinin sərəncamı ilə şəhərin 100 % su il təmin olunması üçün əlavə
vəsait ayrılıb. İşlərə təxminən 212.5 mln dollar xərclənəcək. Gəncəyə əsasən 3 istiqamətdən içməli su çəkiləcək. Göygöl
rayonundan özüaxımlı olmaqlı saniyədə 200 lt, Gəncəçayın qızhıl qaya yatağından
saniyədə 78 litr və Şəmkir Su Anbarından saniyədə 1141 ltr su daxil olacaq. Artıq
lahiyənin ikinci hissəsi üzərində müzakirlərə aparılır. İşlər Türkiyəli mütəxəssislərə
həvalə olunub. Gəncənin su təminatı istiqamətində anbarların tikintisi, boru xəttlərinin
çəkilişini tenderdə qalib gələn qardaş ölkənin "Haselsan" şirkəti aparacaq.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB