Şahdağ-Tufandağ ətraf ərazilərin videogörüntülərinin internet vasitəsilə canlı rejimdə ötürülməsi və həmin görüntülərin məsafədən idarə olunması təmin edilib. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, bu sistem Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorlogiya Departamentinin Meteoroloji Müşahidə Sistemlərində İnnovasiyaların Tətbiqi Mərkəzinin mütəxəssisləri tərəfindən həyata keçirilib.
Şahdüzündə (dəniz səviyyəsindən 3000 metrə yaxın yüksəklikdə) yerləşən Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzində quraşdırılan xüsusi avadanlıq vasitəsilə bu layihə baş tutacaq.
Eyni zamanda, Şahdağın Kabaş yüksəkliyində (3600 metr) quraşdırılmış avtomat meteoroloji stansiyadan da GSM texnologiyalar vasitəsilə fotogörüntülər hər 3 saatdan bir birbaşa müvafiq instansiyalara və Nazirliyin internet saytına ötürülür.
Məlumat üçün bildirək ki, Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi və onun ətraf ərazilərinin videogörüntülərini www.eco.gov.az saytından izləmək mümkündür.
Qeyd edək ki, Azərbaycanın yüksək dağlıq ərazilərinin müasir iqlim dəyişmələri fonunda iqlim-hava şəraitinin öyrənilməsi baxımından həllini və tətbiqini tapmış mürəkkəb texniki imkanlar Şahdağ-Tufandağ ərazilərindən mütəxəssislər və bütün vətəndaşlar birbaşa canlı görüntüləri izləyə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB