Bakı şəhər Gənclər və İdman Baş İdarəsində aztəminatlı ailələrin uşaqlarına məktəbli çantası paylanılıb
Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsində aztəminatlı ailələrin uşaqlarına məktəbli çantası və məktəb ləvazimatı paylanılıb. SİA-nın məlumatına görə, tədbiri Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov açaraq bildirib ki, prezident İlham Əliyev hər zaman təhsil sahəsinə diqqət yetirir: \"Uşaqlar bizim gələcəyimizdir. Onların gələcəkdə yaxşı sahələrdə çalışmaqları üçün təhsilləri yüksək səviyyədə təşkil olunmalıdır\".
İdarənin rəisi onu da vurğulayıb ki, idarə tərəfindən hər il ənənəvi olaraq az təminatlı ailələrindən olan 1-ci sinif şagirdlərinə məktəbli çantası və ləvazimatı paylanılır: \"Bakı şəhərinin 11 rayonunda olan idarələrimizə müraciət etdik və onlar bizə məktəblilərin siyahısını təqdim edir. bununla yanaşı bir neçə uşaq evi və internat məktəbləri var ki, onlara da yardım edirik\".
Raqif Abbasov məktəbliləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etməyi də unutmayıb. Daha sonra uşaqlar şier parçaları səsləndiriblər.
Tədbirin sonunda məktəblilərə məktəb çantaları paylanıldıqdan sonra idarənin qarşısında xatirə şəkli çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB