Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 8-də saat 13.00-dan 13.15-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi saat 22.30-dan 22.50-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.45-dən 23.00-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.20-dən 23.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB