Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19 dərəcə, gündüz 28-33 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə təşkil edəcək.
Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 28-33 dərəcə, dağlarda gecə 9-14 dərəcə, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnozlara gəlincə isə Abşeron yarımadasında atmosfer təzyiqinin normadan aşağı olması və gilavar küləyinin üstünlüyü, sentyabrın 10-da atmosfer təzyiqinin kəskin yüksəlməsi və günün ikinci yarısından xəzri küləyinin güclənməsi əksər meteohəssas insanlar üçün əlverişsizdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB