Əhli Nəbiyev: \"Ali Baş Komandanın əmri ilə ordumuz istənilən vaxt işğal altındakı torpaqlarımızı azad edə bilər\"- MÜSAHİBƏ (SƏS TV)
Xətai rayon Veteranlar Birliyinin sədr müavini, keçmiş hərbiçi Əhli Əbiyevin SəsTV-yə müsahibəsi
- Azərbaycan Silahlı Qüvvələrinin maddi texniki bazasının gücləndirilməsini və NATO standartlarına uyğunlaşmasını ümumilikdə necə şərh etmək olar?
- Azərbaycan ordusu Qafqaz regionunda ən güclü ordulardan biri yox, ən güclüsüdür. Azərbaycanın bu gün NATO standartlarına uyğun silah-sursatdan istifadə etməsi vacibdir. Çünki dünyada hegemon ordu NATO ordusudur.
- Bəzi müxalifət partiyaları, ayrı-ayrı müxalifət qəzetlər döyüş ruhuna, vətənəpərvərlik hisslərinə zərər verən məlumatlar yayırlar. Maraqlıdır, eynilə anti-təbliğat işlərini erməni mətbuatı da həyata keçirir. Maraqların üst-üstə düşməsi nə ilə izah oluna bilər?
- Azərbaycan ordusu haqqında istənilən mənfi fikirləri irəli sürənlər, yalan məlumatlar yayanlar bu xalqın düşmənləridir. Kimsə fikirləşir ki, ordumuz zəifdir, xeyr, bu belə deyil. Ali Baş Komandanın əmri ilə ordumuz istənilən vaxt işğal altındakı torpaqlarımızı azad edə bilər.
- Keçmiş hərbiçi kimi deyə bilərsinizmi, Azərbaycan Ordusunun bugünki vəziyyəti sizi qane edirmi?
- Qeyd edim ki, döyüş bölgələrində və hərbi hissələrədə olduğum zaman orduda inkişaf getdiyinin dəfələrlə şahidi olmuşam və bu nöqteyi-nəzərdən də orduya zəif demək mümkün deyil. Əsgərlərimiz isə böyük ruh yüksəkliyi ilə torpaqlarımızı düşmən işğalından azad etmək üçün əmr gözləyirlər. Bizə əmr olunarsa, Qarabağ veteranları kimi, yaşından asılı olmayaraq istənilən vaxt döyüş bölgələrinə getməyə, döyüşməyə, eyni zamanda da istənilən köməyi etməyə hazırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB