ATƏT cəbhənin Goranboy rayonu istiqamətində monitorinq kecirir

ATƏT cəbhənin Goranboy rayonu istiqamətində monitorinq kecirir

Bu gün ATƏT-in şəxsi nümayəndəsinin səhra köməkcilər cəbhə xəttində monitorinq kecirir. SİA-nın Qarabağ bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə, ATƏT nümayəndələri monitorinqdən əvvəl Goranboy rayon icra hakimiyətindən olublar. Burada rayon icra hakimiyyətinin başcısı ilə bir saata yaxın danışıqlar gedib.

İcra başcısı Nizaməddin Quluyev ATƏT-in səhra köməkcilərinə bildirib ki , erməni hərbiciləri tez tez atəşkəsi pozaraq cəbhəyanı kəndlərdəki sakinlərin həyat şəraitini cətinləşdirir. Mülki vətəndaşlar günahsız yerə hedəf seçilir. Bütün bunlarla bərabər ermənilər işğal altında olan ərazilərdədə yanğınlar tərədir.

Daha sonra ATƏT-in şəxsi nümayəndəsinin səhra köməkçilər cəbhə xəttinə yola düşüblər. Hazırda qarşı tərəflə birgə qoşunların təmas xəttinin Goranboy rayonu Tapqaraqoyunlu kəndi yaxınlığında monitorinq kecirilir.


Şamxal Cəliloğlu


Bütün xəbərlər Facebook səhifəmizdə