Dünya hokkeyinin faciəsi: azarkeşlər öz sevimli “Lokomotiv”lərinin ölümünə inanmırlar
Yak-42 təyyarəsinin qəzaya uğraması nəticəsində doqquz ölkənin - Rusiya, Belarusiya, Latviya, Slovakiya, eləcə də Çexiya, Kanada, İsveç və Almaniya vətəndaşları həlak olub. Həmin ölkələrin Rusiyadakı səfirləri onların ölüm faktlarını təsdiqləyiblər. Slovakiya diplomatik missiyasının giriş qapısına qırmızı qərənfillər səpilib. Çexiya səfirliyinin üzərindən isə bayraq endirilib.
SİA-nın verdiyi məlumata görə, Çexiya diplomatik nümayəndəliyindən bildirirlər ki, bu nəinki hokkey üçün, eləcə də bütün hokkeysevərlər üçün faciəvi gündür. Belə bir idmançıların ölümü çox ağırdır.
İsveç səfirliyində də matəm ab havası sürür. Təyyarə qəzasında bu dövlətin milli hokkey komandasının əsas qapıçısı Stefan Liv həlak olub.
Praqanın Staroploşad meydanında həlak olan çexiyalı milli oyunçular Yan Merek, Karel Raxunek və Yozef Vaşiçek üçün minlərlə fanat toplaşıb. Fanatlar 6 dəfə dünya çempionu olmaqda məhz bu üç hokkeyçinin zəhmətini xatırlayırlar.
Latviyanın \"Arena Riqa\" idman kompleksində yüzlərlə şam yandırılıb. Şamlar Latviya yığmasının kapitanı Karlis Kastinışın xatirəsinə görə yandırılıb. Qeri Qitelzon adlı fanat deyib ki, bu təkcə Yaroslavlın Lokomotiv komandasının faciəsi deyil, eləcə də ümumi faciədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB