Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi

- Katoliklərdə Müqəddəs Məryəmin doğum günüdür

- Makedoniyanın Müstəqillik günüdür

- Beynəlxalq jurnalist həmrəyliyi günü-1958-ci ildə Buxarestdə Jurnalistlərin 4-cü Beynəlxalq Konfransında təsis edilib

- BMT-nin beynəlxalq bilik günüdür

- Florensiyada Santa-Mariya-del-Fyore kilsəsinin bünövrəsi qoyulub. Kilsə 140 il sonra, 1436-cı ildə tamamlanaraq xaç suyuna çəkilib. Bu memarlıq abidəsi Orta əsr və İntibah dövrü memarlığı arasında bir növ keçid mərhələsini simvolizə edir (1296)

- Stefan Duşan özünü Serbiya kralı elan edib (1331)

- Kulikovo döyüşündə Dmitri Donskoy rəhbərliyindəki rus qoşunları monqol-tatar qoşunlarını məğlubiyyətə uğradıblar (1380)

- Orєa döyüşündə Konstantin Ostrojski rəhbərliyindəki Litva və Polşa qoşunları rusları məğlub ediblər (1514)

- Fernan Magellan tərəfindən başladılan ilk dünya səyahəti başa çatıb. Magellan özü yolda vəfat edib, onun 5 gəmisindən yalnız Huan Elkanonun rəhbərliyində "Viktoriya" gəmisi geriyə salamat qayıdıb, 237 nəfər heyət üzvündən cəmi 18-i sağ qalıb (1522)

- Sultan Süleyman Qanuninin rəhbərliyindəki Osmanlı imperiyası Budapeşti fəth edib (1529)

- ABŞ-ın ən qədim universiteti-Harvard Universiteti yaradılıb (1636)

- Niderlandın Şimali Amerikadakı koloniyası Yeni Amsterdam ingilislər tərəfindən ələ keçirilib və sonradan Nyu-York adlandırılıb (1664)

- Osmanlı ilə Avropa dövlətləri arasında İstanbul protokolu imzalanıb (1862)

- CAR-ın ən böyük şəhəri - Yoxanesburqun əsası qoyulub (1886)

- İngiltərə futbol liqasında ilk oyun keçirilib (1888)

- 3М şirkətinin əməkdaşı Riçard Dryu yapışqanlı lent - skotçu kəşf edib (1930)

- Bolqarıstanda keçirilən referendumun nəticəsinə əsasən monarxiya devrilib (1946)

- Ernest Heminqueyin "Qoca və dəniz" əsərinin ilk nəşri çapdan çıxıb (1952)

- Tehranda şah rejimi əleyhinə nümayişlər iğtişaşlara səbəb olub. Hərbçilərin nümayişçilərə atəş açması nəticəsində 122 nəfər həlak olub, 2000 nəfər yaralanıb (1978)

- Makedoniya müstəqillik əldə edib (1991)

- Ayaz Mütəllibov Azərbaycan Respublikasının (Azərbaycan SSR) ilk prezidenti seçilib (1991)

- İngiltərə-Fransa sərhədində içində 150 000 ədəd ekstazi həbi, 370 kiloqram tiryək və 50 kiloqram digər narkotik maddələr olan yük maşını tutulub (2002)

Bütün xəbərlər Facebook səhifəmizdə