Azərbaycanda yağışlar davam edəcək

Azərbaycanda yağışlar davam edəcək

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə qısamüddətli yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, temperatur gecə +15-20°, +gündüz 22-26° olacaq. Bakıda gecə +18-20°, gündüz +24-26° təşkil edəcək. Atmosfer təzyiqi 762 millimetr civə sütununa bərabər, nisbi rütubət 70-80 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu +22-23° təşkil edəcək. Rayonlarda isə lokal xarakterli yağışların yağacağı bildirilir.


Bütün xəbərlər Facebook səhifəmizdə