Qabil Hüseynli: “\"Məxfi\" şrifli sənədlərin ABŞ kimi qüdrətli bir dövlət tərəfindən yayılması o qədər də xoş niyyətə xidmət etmir” - MÖVQE
"WikiLeaks\"dəki açıqlamalar ABŞ mərkəzi hökumət qurumları tərəfindən yönləndirilən və dəstəklənən hadisədir. Çünki bu qədər məxfi yazışmaları adicə internet portalı ələ keçirə bilməzdi". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, belə məxfi yazışmaların sayı 10 minlərlədir. Onun sözlərinə görə, deməli, Amerikada xüsusi xidmət orqanları müvafiq sənədləri hissə-hissə bu portala ötürməklə dünyadakı ictimai əhval-ruhiyyəni bəlli bir istiqamətə kökləməyə çalışırlar. Bu istiqamətlərdə də həmişə ABŞ-ın öz maraqlarını güdən məqamları tutmağa çalışır. Politoloq qeyd edib ki, bu nöqteyi-nəzərdən məxfi şrifli sənədlərin ABŞ kimi qüdrətli bir dövlət tərəfindən yayılması o qədər də xoş niyyətə xidmət etmir və bunların dayandırılması üçün hansısa bir tədbirlər görülməlidir.
"ABŞ-ın ortaya atdığı \"yeni dünya düzəni\" deyilən bir anlayış var. O, bu anlayışla sanki dünyda öz dəyərlərini və özünəuyğun siyasi sistemləri ya transfer etməyə çalışır və yaxud da bu dəyərlərin dünyanın həmin bölgələrdə yerləşməsi üçün lazımi münbit şəraitin yaradılmasına çalışırlar.
Bu açıqlamaların qarşısını almaq üçün dövlətlərin siyasi elitasının səviyyəsində bunların əsassızlığı və gerçəkliyi əks etdirmədiyini bildirən bəyanatlar çoxalmalıdır. Amerika tərəfinə müəyyən nota şəklində "Əgər belə bir təbliğatda əliniz varsa, bunu dayandırın!" kimi xəbərdarlığın edilməsi də mühüm əhəmiyyətə malik ola bilər. Ən nəhayətdə bu bir təbliğat aksiyasıdır. Hər bir dövlət bu təbliğat aksiyasından qorunmaq istəyirsə, mütləq onun əks-təbliğatını qurmağa çalışmalıdır. Dövlətlər belə bir təbliğat kampaniyasına, onun yayacağı çox zaman dəqiq olmayan məlumatlara hazır olmalı və onlar yayılan zaman dərhal əks-təbliğatının quraraq həm ölkə, həm də dünyanın ictimai rəyini onun zərərli təsirlərindən qorumağa çalışmalıdır", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB