Milli Məclisin deputatları XXI İqtisadi Forumda iştirak edəcək

Milli Məclisin deputatları XXI İqtisadi Forumda iştirak edəcək

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva və deputat Asim Mollazadə XXI İqtisadi Forumun işində iştirak etmək üçün bu ölkəyə səfər edəcəklər. SİA-nın xəbərinə görə, forum sentyabrın 7-dən 11-dək Polşanın Kriniça şəhərində keçiriləcək.

Forum çərcivəsində müzakirə olunacaq bir sıra iqtisadi məsələlərlə yanaşı, "Dağlıq Qarabağın həlli yolları: regiona və cəmiyyətə təsiri" mövzusunda dəyirmi masa keçiriləcək. Sevinc Fətəliyeva tədbirdə məruzə ilə çıxış edəcək, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki mövcud durum barədə toplantı iştirakçılarına məlumat verəcək, sualları cavablandıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə