Azərbaycanlı alim Almaniyada bir sıra görüşlər keçirib

Azərbaycanlı alim Almaniyada bir sıra görüşlər keçirib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun elmi işlər üzrə direktor müavini akademik İbrahim Quliyev Almaniyada səfərdədir. Səfər çərçivəsində İ.Quliyev Almaniyanın Axen Universitetinin alim və müəllim heyəti, həmçinin Şlyumberj Şirkətinin elmi-tədqiqat mərkəzinin kollektivi ilə görüşlər keçirib. Bu barədə SİA-ya Geologiya İnstitutunun mətbuat xidmətinin rəhbəri Səid Hüseynov məlumat verib.

Görüşlərdə hövzəmodelləşdirmə texnologiyasının köməyi ilə yeni neft-qaz yataqlarının üzə çıxarılması sahəsində təcrübələrdən bəhs olunub və bu istiqamətdə əməkdaşlıq imkanları müzakirə edilib. Almaniyanın qeyd olunan texnologiya üzrə kompyuter proqramlarını Azərbaycanın ali təhsil müəssisələrində tətbiq etmək də müzakirə obyekti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə