Pestisidlərin təmizlənməsi üçün 600 mln. avro maliyyə vəsaitinə ehtiyac var - FOTO
Bu gün Qəbələdə kecirilən 11-ci Beynəlxalq Pestisid Forumu Hüseyn Bağırov bildirib ki, bu gün Azərbaycan keçmişdən miras qalmış ekoloji problemlərin həlli ilə məşğuldur. "Ötən əsrdə uzun illər boyu neft sənayesinin bəsit texnologiyalarla artırılması 30-35 min hektar neftlə çirklənmiş torpaqların təmizlənməsi həyata keçirilir. Bundan başqa nəzərə alsaq ki, sovet dövründə Azərbaycan eyni zamanda pambıqçılıq ölkəsi olub, bu da üzvi kimyəvi tullantıların Azərbaycanda artmasına zəmin yaradıb", - deyə nazir vurğulayıb.
H.Bağırov yaxın 8-10 ilə Azərbaycanda pestisid - üzvi kimyəvi tullantılar problemlərinin həll olunacağına inandığını bildirib. Onun sözlərinə görə, ölkədə artıqü meşələrin qırılması tendesiyasının qarşısı alınıb.
Forumda Avropa Parlamentinin üç üzvü tərəfindən hazırlanmış qurumun üzvü Dan Jorqensenin nitqi oxunub. Nitqdə bildirilir ki, bu gün bütün dünya ölkələri üzrə vaxtı keçmiş pestisidlərin təhlükəsi kifayəty qədər ciddidir. "Artıq bu məsələnin tək Avropa ölkələri üzrə yox, bütün dünya ölkələri üzrə həll olunmasaına ehtiyac yaranır. Bununla bağlı Avropa İttifaqı səviyyəsində bu məsələnin qaldırılmasına ehtiyac var. Bu problemlərin həll olunmasında alternativ maliyyə mənbələrinin artırılmasına daha çox ehtiyac var. Hesablamalara görə, vaxtı keçmiş pestisidlərin təmizlənməsi üçün 600 mln. avro maliyyə vəsaitə ehtiyac var. Bu istiqamətdə cari məsələlərin həlli üüçün hazırda mövcud vəsait çatmır. Avropa İttifaqında bu məsələni də qaldıracam.
Eyni zamanda Aİ-də həmçinin tullantıların müasir qaydada idarə olunması qaldırılacaq", - deyə nitqdə vurğulanıb. Avropa Parlamentinin üzvü Qəbələdə keçirilən konfransda müzakirələr zamanı qaldırılacaq məsələlərin Aİ-də qaldıracağı məsələlərə stimul olacağını bildirib.
Qeyd edək ki, tədbirdə 40-dan çox ölkəni təmsil edən 120-dən artıq ekspert iştirak edir. Forum davamlı üzvi çirkləndiricilər, köhnəlmiş pestisidlər və təhlükəli kimyəvi tullantılar üzrə layihələrin həyata keçirilməsində maraqlı olan tərəflər arasında müzakirələrin aparılması üçün platforma yaradacaq. Forum Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Beynəlxalq Pestisid Assosiasiyası (İHPA), Niderland Krallığı, Azərbaycan Kənd Təssərrüfatı Nazirliyi, Davamlı Üzvi Çirkləndiricilərə dair Mərkəz və Şərqi Avropa Regional Mərkəzi (RECETOX), Çexiyanın Brno şəhərinin Masarik Universiteti və Almaniyanın Federal Ətraf Mühit Agentliyinin (UBA) dəstəyi ilə keçirilir. 11-ci Forum ölkələr, ekspertlər, təşkilatlar və donorlar arasında daha geniş informasiya mübadiləsi və mümkün əməkdaşlığın yaradılması məqsədi ilə hökumətləri, donorları, BMT agentliklərini, hökumətlərarası təşkilatları, QHT-ləri, elmi və özəl sektoru bir araya gətirib.
MİRVARİ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB