Avqustun 29-na keçən gecə Pirallahı qəsəbə sakini Balakişi Balakişiyevə məxsus S.Vurğun küçəsində yerləşən mağazadan pəncərədə keçmə yolu ilə 1100 manat, qızıl-zinət əşyaları, tütün məmulatları, danışıq kartları və ətir oğurlanıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəfael Sopokov sentyabrın 6-da yaxalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB