Azərbaycan və Rusiya alimləri arasında elmi-texniki əməkdaşlıq haqqında protokol imzalanıb

Azərbaycan və Rusiya alimləri arasında elmi-texniki əməkdaşlıq haqqında protokol imzalanıb
AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Sistemli Analiz İnstitutu arasında elmi-texniki əməkdaşlıq haqqında protokol imzalanıb. AMEA-dan SİA-ya verilən xəbərə görə, protokol çərçivəsində fundamental tədqiqatlar sahəsində əməkdaşlığın genişlənməsi, elm və texnikanın innovativ inkişafına xidmət edən birgə elmi-tədqiqat işləri və proqramların həyata keçirilməsi, texnoparklarda müvafiq işlərin aparılması, əldə edilmiş nəticələrin tətbiqi, birgə seminar, elmi konfrans, işgüzar görüş və sərgilərin keçirilməsi məsələləri nəzərdə tutulur.


Tərəflər müxtəlif təyinatlı "hesablama buludları" və MathCloud sahəsində xidmətlərin yaradılması məsələlərində əməkdaşlıq edəcəklər. Əməkdaşlıq, həmçinin AzScienceNet elm kompyuter şəbəkəsinin imkanlarının genişləndirilməsi, onun bazasında Verilənlərin Emalı Mərkəzinin yaradılması, qabaqcıl İKT sistemləri üzrə metodların araşdırılması və işlənməsi üzrə qrant proqramlarda birgə iştirakı da nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com