İsrailin Türkiyəyə cavabı: \"Qondarma erməni soyqırımı parlamentdə\"

İsrailin Türkiyəyə cavabı: \"Qondarma erməni soyqırımı parlamentdə\"

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun iki ölkə arasında diplomatik münasibətlərin ikinci katib səviyyəsinə endiriləcəyini və bütün hərbi razılaşmaların dondurulması ilə bağlı bəyanatına cavab özünü çox gözlətmədi. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, artıq İsrail \"erməni soyqırımı\" iddiaları yenidən gündəmə gətirməklə Türkiyəni təhdid etməyə başlayıb. Bu dəfə iddianın gündəmə gəlməsində israrlı olan İsrail parlamentinin üzvü Arye Eldaddır.

O, "erməni soyqırımının tanınması üçün" parlament fəaliyyətə başlayan kimi bir layihə təqdim edəcəyini söyləyib: "İsrail səfirini deportasiya edən Türkiyə bunun əvəzini ödəməlidir. Eyni zamanda \"Mavi Mərmərə\" hadisəsi zamanı yaralanan İsrail əsgərləri üçün Türkiyədən təzminat tələb edilməlidir"

Bütün xəbərlər Facebook səhifəmizdə