İldırım Məmmədov: \"Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqaz regionunda güclü olması bir həqiqətdir\" - MÜSAHİBƏ SəsTV
Hərbi Analitik Tədqiqatlar Mərkəzinin direktoru, ehtiyatda olan polkovnik İldırım Məmmədovun SəsTV-yə müsahibəsi
- Azərbaycan Silahlı Qüvvələrinin maddi texniki bazasının gücləndirilməsini və NATO standartalrına uyğunlaşdırılmasını ümumilikdə necə şərh etmək olar?
- Bu sual artıq aktuallaşıb. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında və 2010-cu ildə qəbul olunmuş hərbi doktrinada Azərbaycan Silahlı Qüvvələrinin Avropa ölkələrinə, NATO-ya inteqrasiya olmaq planları ortaya qoyulub. Artıq iqtisadi imkanlarımız şərait yardır ki, Azərbaycan Silahlı Qüvvələrinin texniki və maddi imkanları, silahları, rabitə vasitələri, hava hücumundan müdafiə sistemləri, qeyri-texniki vasitələri müasirləşsin. Başqa ölkələrlə ünsiyyətdə ola bilsin, görmə, vurma məsafələri uzadılsın və hansısa bir formada daha müasirləşmiş variantlara keçirilsin. Bu gün onu da qeyd edim ki, Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqaz regionunda güclü olması barədə deyilən sözlər bir həqiqətdir. Bunu Azərbaycanın müstəqilliyinə həsr olunmuş hərbi paradımız da nümayiş etdirdi. Orta Asiya ölkələrində, eləcə də Ermənistanda və başqa MDB ölkələrində keçirilən paradlarla müqayisədə Azərbaycan hərbi paradı həm möhtəşəm, həm müasir, həm keyfiyyətli, həmçinin daxili və xarici baxımdan xoşagəlimli idi.
- Bəzi müxalifət partiyaları, ayrı-ayrı müxalifət qəzetləri Azərbaycan Ordusu ilə bağlı döyüş ruhuna, vətənpərvərlik hisslərinə zərər verən məlumatlar yayır, informasiyalar dərc etdirirlər. Maraqlıdır, eyni anti-təbliğat işlərini erməni mətbuatı da həyata keçirir. Maraqların üst-üstə düşməsi nə ilə izah oluna bilər?
- Əvvəlcə deyim ki, hər bir institutda olan kimi ordu institutunda da kifayət qədər problemlərimiz var. Hər tərəfli cəhətdən təmin olunmuş ABŞ kimi bir ölkənin ordusunda kütləvi şəraitdə çatışmamazlıqlar var. Bu günkü gündə həmçinin Amerika ordusunda intihar məsələləri, narkotik maddələr qəbul etmə problemləri, bir-birinə qarşı nizamnamədən kənar münasibətlər və s. bu kimi problemlər mövcuddur. Amerika kimi dahi bir dövlətdə belə vəziyyətlər baş qaldırırsa, kiçik miqyasda olan Azərbaycan üçün belə bir problemlərin yaranması təbii haldır, eyni zamanda qaçınılmazdır. Azərbaycan Silahlı Qüvvələri haqqında belə fikirlərin səslənməsi hansısa subyektiv məqsədlər güdür. Hansı ki, hər cür hava şəraitində - 45-50 dərəcə istidə Azərbaycan əsgəri ön xəttdə düşmənlə üzbəüz Vətənin müdafiəsində durur. Ordu haqqında o fikirləri səsləndirən hər kimsə Vətənin keşiyində, öndə durmuş əsgər və zabitlərin əziyyətlərini yerə vururlar, təhqir edirlər. Mən bunu belə hesab edirəm. Belə lazımsız fikirlər irəli sürmək əvəzinə silahlı qüvvələrin güclənməsinə, möhkəmlənməsinə hər bir formada yardım etmək lazımdır.
- Cənbi Qafqazın ən aparıcı, güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələrinin siyasi-ictimai maraqlarının həyata keçirilməsində vasitə rolunu oynaması nə dərəcədə uğurludur?
- Bəzi insanlar belə hesab edirlər ki, silahlı adamlar siyasətdən uzaq durmalıdır. Lakin silahlı qüvvələr bir institut kimi dövlət siyasətinin mərkəzində durub. Silahlı Qüvvələr həmin o dövlət siyasətinə dəstək verir ki, onun apardığı siyasətin hər formada həyata keçirilməsinə yardımçı olsun. Bu günümüzdə Azərbaycanın hərbi-siyasi rəhbərliyinin apardığı xarici siyasət ordumuza güvənir. Həmin o siyasi qüvvələr ordumuzun xalqla, eyni zamanda hərbi siyasi rəhbərlik arasında köklü mövqeyini daşıyır. Çünki orduda qulluq edən minlərlə Azərbaycan vətəndaşı hər birimizin qardaşıdır, oğludur. Bu üsulla da institut hərbi siyasi rəhbərliyin yardımçısıdır, köməkçisidir. Biz belə fikirləşirik ki, ordu siyasətdən kənardır. Lakin ordu xarici funksiyaları və ölkəmizin ərazi bütövlüyünü qoruyur. Həmçinin ölkə iqtisadiyyatının inkişafına dəstəkdir ki, vətəndaşlarımız heç bir narahatçılıq çəkmədən cəbhə xəttində, paytaxtımızda firavan yaşasın.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB