Zəminə Əliqızı: “Azərbaycan MDB məkanında dərsliklərin şagirdlərə pulsuz paylandığı yeganə ölkədir” - MÖVQE
Məktəbli ləvazimatlarının qiymətinin qalxmasına qarşı dövlət qurumları lazımi tədbir görməlidirlər. Bunu SİA-ya Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı yeni dərs ilinin başlanması ərəfəsində məktəbli ləvazimatlarının qiymətlərin qalxmasına münasibət bildiriərkən söyləyib. O, valideyinlərin haqlı narazılığını başa düşərək buna qarşı dövlət qurumlarının lazımi tədbirlər görməsini söyləyib. Sektor müdiri bildirib ki, Azərbaycan MDB məkanında dərsliklərin şagirdlərə pulsuz paylandığı yeganə ölkədir.
Zəminə Əliqızı yeni dərs ilinə hazırlıq məsələlərindən də danışıb. O, "2011-2012-ci tədris ilində Azərbaycan Respublikası prezidentinin Bakıda və şəhər ətrafı qəsəbələrin inkişaf proqramı" çərçivəsində məktəblərimizdə və bağçalarımızda cox böyük işlərin görüldüyünü, 2013-cü ilin sonuna kimi isə Bakının ətrafında yerləşən bütün məktəblərin tam muasirləşdiriləcəyini, maddi-texniki bazasının yaxşılaşdırılacağını bildirib. Bu istiqamətində atılan adımlardan söhbət açan sektor müdiri: "Ən əlamətdar hadisə isə məktəblilərin vahid məktəbli geyiminə keçidi ilə bağlıdır. Ötən dövr ərzində biz artıq bu prosesi sona çatdıraraq 1-6-cı siniflərə bir geyim forması, 7-11-ci siniflərə isə bir geyim forması tətbiq etmişik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB