Mətbuat Şurası Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü ilə bağlı “dəyirmi masa” keçirəcək
Azərbaycan Mətbuat Şurasında 8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü ilə bağlı "dəyirmi masa" keçiriləcək. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ölkənin tanınan, ictimai fikrə təsir göstərən media orqanlarının, jurnalist birliklərinin nümayəndələrinin, ekspertlərin qatılacaqları tədbir həmin gün saat 12.00-da baş tutacaq. Toplantıda Azərbaycan jurnalistikasının hazırkı durumu, problemləri və perspektiv vəzifələri ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü 1958-ci ilin mayından qeyd edilir. Həmin il Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV konqresində bununla bağlı qərara gəlinib. Onu da bildirək ki, dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü ilin sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çex jurnalisti Yulius Fuçikin xatirəsinə təsis olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB