Azərbaycan müstəqillik qazanana qədər respublikanın kənd təsərrüfatının maşın-traktor və digər texniki avadanlıqlar parkının əsas hissəsini sovetlər dövründən qalmış texnikalar təşkil edirdi. Daha aydın təsəvvür yaratmaq üçün yaxın tarixə nəzər salmaq kifayətdir ki, son 1998-2004-cü illər ərzində Azərbaycana cəmi 798 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 233 ədəd taxılyığan kombayn, 212 ədəd traktor və başqa kənd təsərrüfatı texnikaları gətirilib. Bundan əvvəlki illərdə isə alınmış kənd təsərrüfatı texnikalarının istismar müddəti başa çatmış, köhnələrək sıradan çıxıb. Kənd təsərrüfatı məhsulları istehsalçıları məcburiyyət qarşısında qalaraq fiziki və mənəvi cəhətdən köhnəlmiş, əslində isə istismara yararsız texnikalardan istifadə edərək aqrotexniki tədbirlərin yerinə yetirilməsi tələblərinə riayət edə bilmirdilər, köhnə texnikaların tez-tez sıradan çıxması nəticəsində böyük xərclər çəkirdilər, becərdikləri məhsulun böyük bir hissəsini itirirdilər.
Kənd təsərrüfatı texnikasının çatışmazlığı səbəbindən şum, torpağın səpinqabağı hazırlanması, səpin, biçin və s. illərlə gecikdirilir, həm də keyfiyyətsiz aparılırdı. Kombaynlar köhnə olduğundan yığım mövsümündə 10-15 faiz məhsul itkisinə yol verilirdi, nəticədə məhsul istehsalçıları külli miqdarda vəsait itirirdilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yaranmış vəziyyətdən çıxış yolunun \"Aqrolizinq\" Açıq Səhmdar Cəmiyyətinin yaradılmasında, onun fəaliyyətinin genişləndirilməsində və lazımi miqdarda maliyyə vəsaitinin ayrılmasında görmüş və həyata keçirilməsi üçün bunların mühüm əhəmiyyətə malik olan \"Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında\" 23 oktyabr 2004-cü il tarixli 468 nömrəli Sərəncamı əsasında \"Aqrolizinq\" Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Dövlət başçısının sonrakı sərəncamları ilə cəmiyyətin fəaliyyət dairəsi daha da genişləndirilmiş, ona yeni funksiyaların yerinə yetirilməsi həvalə edilib.
Hazırda cəmiyyət digər sahələrdə də müvafiq işlər aparır. Həmin işlər kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi-texniki bazasını möhkəmləndirmək, onlara aqrotexniki xidmətlər göstərmək, kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, ehtiyat hissələri, mineral gübrələr, xəstəlik və ziyanvericilərə qarşı mübarizə preparatları ilə, tinglərlə, yüksək reproduksiyalı buğda toxumu və damazlıq heyvanlarla təmin etməkdən ibarətdir.
\"Aqrolizinq\"in əsas funksiyalarından biri də alınmış texnikaların və texnoloji avadanlıqların məhsul istehsalçılarına lizinqə verilməsi və ya lizinq yolu ilə satılmasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun olaraq dövlət büdcəsi hesabına alınmış \"Aqrolizinq\" ASC-yə məxsus kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqlar fiziki və hüquqi şəxslərə dəyərinin 20 faizini qabaqcadan, qalan hissəsini isə 10 il müddətinə qədər (dəyərindən asılı olaraq) ödəmək şərti ilə lizinqə verilir və ya lizinq yolu ilə satılır.
İndiyə kimi minlərlə ədəd müxtəlif markalı kənd təsərrüfatı texnikaları alınıb. Burada əsas yeri kənd təsərrüfatı texnikaları tutur, eləcə də soyuducu kameralar, süd zavodu avadanlığı, qarışıq yem zavod avadanlığı və s. lizinqə verilmiş və lizinq yolu ilə satılıb.
Cəmiyyət aqrar sahədə fəaliyyət göstərən sahibkarların sifarişləri əsasında sərfəli tariflə əkin, səpin, məhsul yığımı, ot biçini və s. ümumilikdə 20 addan çox müxtəlif növ xidmət işləri həyata keçirir. Hər il dövlət büdcəsindən cəmiyyətə orta hesabla 35 milyon manat vəsait ayrılır. Bu vəsait hesabına \"Aqrolizinq\" ASC kənd təsərrüfatı texnikaları alıb gətirir, həmin texnikaların bir hissəsi lizinqə, bir hissəsi isə rayon aqroservislərinə verilir. Rayon aqroservisləri də həmin texnikalar vasitəsilə yuxarı instansiyalar tərəfindən təsdiq olunmuş tariflər əsasında kənd təsərrüfatı istehsalçılarına pullu xidmətlər göstərirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB