“Bakı Türk İxracat Məhsulları Sərgisi” başladı

“Bakı Türk İxracat Məhsulları Sərgisi” başladı
Sentyabrın 6-da "Baku Expo Center" Beynəlxalq Sərgi Mərkəzində Türkiyənin "Meridyen Fuarcılık" şirkətinin təşkil etdiyi "Bakı Türk İxracat Məhsulları Sərgisi"nin açılış mərasimi keçirildi. Üç gün davam edəcək sərginin açılış mərasimində təşkilatçı şirkətin idarə heyətini üzvləri ilə bərabər, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç, Azərbaycan Sahibkarlar Konfederasiyasının, Ticarət Palatasının, İqtisadi İnkişaf Nazirliyinin və TÜSİAB-in məsul nümayəndələri də iştirak edirdilər.


Türkiyənin bir çox dünya ölkələri, o cümlədən Azərbaycanla ticari əlaqələrinin inkişafı, hər iki ölkənin iş adamları arasında yeni iş birliklərinin qurulması məqsədilə və 50-dən çox iri türk şirkətinin iştirakı ilə təşkil olunan sərgi müxtəlif fəaliyyət sahələrini əhatə edir. İnşaat, mebel və emal sənayesi, qida, tekstil, məişət texnikası, kimya sənayesi, kosmetika və hazır geyim sahələrində məhsulların nümayiş olunduğu bu dəfəki sərginin əsas özəlliyi isə müxtəlif istehsal və xidmət sahələrini əhatə etməsidir. Təqdim olunacaq məhsulların və çeşidlərin müxtəlifliyi ilə həm yerli əhalinin, həm də iş adamlarının marağına səbəb olacağı düşünülən sərgi üç gün ərzində (6-7-8 sentyabr tarixlərində) saat 10.00 - dan 18.00-a qədər ziyarətçilərin ixtiyarında olacaq.


Qeyd edək ki, bundan öncə də ölkəmizdə "İstanbul Fashio Show" və "Türk İnşaat və Makina" sərgilərini təqdim edən "Meridyen Fuarcılık" Azərbaycanla bağlı layihələrini gələcəkdə də davam etdirmək niyyətindədir.



Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com