Sentyabrın 20-dən oktyabrın 5-dək Bakı şəhərində artıq ənənə halını alan arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək. Bu il yarmarkada 42 rayondan 250 nəfər arı təsərrüfatı və yüksək keyfiyyətli bal məhsulu olan arıçılar iştirak edəcək. Xətai rayonunun ərazisində, "Əhmədli" metrosunun yaxınlığında yerləşən "Bakı" kino-teatrının qarşısında baş tutacaq yarmarka hər gün səhər saat 9-dan axşam saat 19-dək davam edəcək.
Kənd Təsərrüfatı Nazirliyindən SİA-ya verilən məlumata görə, bu cür yarmarkalar arıçılar nəslinin yetişməsinə və bu sahənin inkişaf etməsinə müsbət təsir göstərir.
Bu il yarmarkada saxta bal satışına cəhdlərin qarşısı alınacaq. Belə ki, yarmarkaya gətirilən arıçılıq məhsullarının hamısının keyfiyyəti respublika baytarlıq laboratoriyasında yoxlanılacaq və keyfiyyət sertifikatı veriləcək. Keyfiyyətsiz ballar isə satışa buraxılmayacaq.
Bunun üçün Rayon İcra Hakimiyyətinin Kənd Təsərrüfatı Nazirliyinə siyahı təqdim edəcək. Siyahıda adı olmayan arıçılar yarmarkada iştirak edə bilməyəcək. Yarmarkada yalnız Azərbaycanda istehsal olunan bal satılacaq.
Qeyd edək ki, təbii bal ayrı-ayrı bitkilərin çiçəyindən arılar vasitəsilə çəkildiyinə görə onda orqanizmə ən zəruri qida maddələri var. Ən yaxşı bal saf və nisbətən qatı halda olur. Təbii balın antiseptik xüsusiyyətləri infeksiyalara, mikroblara qarşı təsirlidir və yaraların sağalmasını sürətləndirir.
Təbii bal yüz illərlə qala bilər. Onun xarlaması balın təbiiliyinə dəlalət edir. Xarlanan bal öz keyfiyyətin itirmir. Hər bir adam ayda ən azı bir kilo bal yeməlidir. Balın təmiz olub-olmadığını öyrənmək üçün bir sıra üsullardan istifadə olunur. Qaşıqla balı götürüb çevirdikdə tökülmürsə deməli bal təmizdir. Balı iyləməklə də onun təmiz olub olmadığını bilmək olar. Əgər bal cökə balıdırsa demək cökə iyi verəcək.
Balın çəkisini yoxlamaq üçün 3 kiloqramlıq balonda 1 kiloqramlıq suyun yerində 1,460 kiloqram bal yerləşdirilir. Balonda təmiz balın çəkisi 4,8 kiloqram olmalıdır. Əgər azdırsa, deməli balın tərkibinə su qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB