Portuqaliya və Azərbaycan arasında gənclər sahəsində əməkdaşlıq genişlənir
Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Portuqaliya Respublikasına səfərə yollanıb. Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı ölkə nümayəndəliyi ilə imzalanmış 2011-2012-ci illər üzrə Dövri illik iş Planı çərçivəsində baş tutub.
Səfər çərçivəsində qonaqlar Portuqaliya Gənclər və İdman Katibliyi ilə görüşüb, gənclərlə iş sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi prespektivlərini müzakirə edib, Portuqaliya Gənclər İnstitutunu ziyarət edəcəklər. Bununla yanaşı səfər çərçivəsində nazir müavini gənclər mərkəzlərinin bir neçəsinin fəaliyyəti ilə də tanış olacaq. Səfər 10 sentyabr tarixinədək davam edəcək.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB