Bayıl qəsəbəsinin \"20-ci sahə\" adlanan hissəsində evlər söküləcək

Bayıl qəsəbəsinin \"20-ci sahə\" adlanan hissəsində evlər söküləcək
Bayıl qəsəbəsindəki 20-ci sahənin Nasosnıy küçəsində yaşayan sakinlər narahatlıq icindədir. Belə ki, sözügedən ərazidə yaşayanlara bu küçələrdəki evlərin sökülməsi ilə bağlı xəbərdarlıq göndərilib. 150-dən çox ailənin yaşadığı bu ərazi Neft Şirkətinin ərazisi olduğundan evlərin sökülməsinə zərurət yaranıb.
Məsələ ilə bağlı Neft Şirkəti məhkəməyə də müraciət edib. Məhkəmə də evlərin sökülməsi ilə bağlı rəy verib. Sakinlərin verdiyi məlumata görə, məhkəmə tərəfindən evlərin boşaldılması ilə bağlı onlara bir necə dəfə bildiriş göndərilib.
Ancaq sözügedən ərazidə yaşayanlar qərarla razılaşmayaraq evlərindən çıxmayacaqlarını deyirlər.
Onlar evləri sənədləşdirilməsələr də vaxtilə evləri baha qiymətə aldıqlarını deyillər. Mübahisəli vəziyyətdə olan evlərin boşaldılması ilə bağlı sakinlərə 10 gün vaxt verilib. Məhkəmənin qərarında isə bildirilib ki, bir ay müddətində vətəndaşların apelyasiya şikayəti vermək hüquqları var.

Bütün xəbərlər Facebook səhifəmizdə