Samuxda yeni dərs ilinə hazırlıqla bağlı geniş müşavirə keçirilib - FOTO

Samuxda yeni dərs ilinə hazırlıqla bağlı geniş müşavirə keçirilib - FOTO

Samux rayonunda yeni dərs ilinə hazırlıqla bağlı geniş müşavirə keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Vilyam Hacıyevin sədrliyi ilə aparılan müşavirədə yeni tədris ilinə hazırlığın vəziyyəti və son dərs ilində əldə olunan nəticələr, həmçinin qeydə alınan neqativ hallar geniş müzakirə mövzusu olub. Müşavirədə 2010-2011-ci tədris ilində qeydə alınan nəticələr barədə rayon ictimaiyyətinə məlumat verilib. Bildirilib ki, son dərs ilində rayonun orta ümumtəhsil məktəblərini bitirib və ali məktəblərə qəbul olan şagirdlərin sayı ötən illərlə müqayisədə daha artıq olub.

Toplantıda rayonda iki yeni məktəb binasının tikildiyi vurğulanıb. Bunlardan 360 yerlik 2 saylı orta məktəbin inşası artıq yekunlaşmaq üzrədir. Ayrıca 180 yerlik Lüksemburq kənd orta məktəbi də növbəti dərs ilinə hazır olacaq. Bundan əlavə Poylu və Salahlı kəndlərində də yeni məktəb binalarının tikintisi nəzərdə tutulur.

Vilyam Hacıyev bildirib ki, rayonda 30-a yaxın orta məktəb binası var. Bunlardan 20-si müasir standartlara uyğun olaraq yenidən tikilib.

Müşavirədə nöqsanlara da toxunulub. Bəzi məktəb direktorlarına xəbərdarlıq olunub, yeni tədris ilində işlərinə daha məsuliyyətlə yanaşmaq göstərişi verilib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə