Ümummilli lider Heydər Əliyev Tahir Verdiyevin xatirələrində... - TARİX

Ümummilli lider Heydər Əliyev Tahir Verdiyevin xatirələrində... - TARİX

Xalqın böyük tarixi şəxsiyyəti və dahi siyasətçisi olan ümummilli lider Heydər Əliyev haqqında hər bir vətəndaş məqalə, inşa, hətta kitablar yaza bilər. Bu böyük siyasi məktəbi isə peşəsindən asılı olmayaraq hər bir vətəndaş öyrənməlidir. Çünki Heydər Əliyev siyasi kursu hər bir məsələ haqqında ən dolğun məlumatları çox dəqiqliklə öyrədir. Ancaq Heydər Əliyev dahi siyasətçi olmaqla yanaşı, həm də qayğıkeş insan idi. Dövründə onunla sıx ünsiyyətdə olmaq, onunla bağlı mühüm xatirələrə malik olmaq isə hər kəsə nəsib olmur. Lakin bu xoşbəxtlik uzun illər Moskvada yaşayaraq fəaliyyət göstərən, azərbaycanlılar üçün mühüm işlər görən, ümummilli lider Heydər Əliyevlə şəxsən görüşən, onunla bağlı mühüm xatirələri və faktları olan Tahir Verdiyevə nəsib olub. Tahir Verdiyevin SİA-ya müsahibəsi və maraqlı faktlarını oxuculara təqdim edirik. Onun müsahibə zamanı dediyi faktları ardıcılıqla nəşr edirik.

...Tahir Verdiyev Şəmkirdə anadan olub. Ondan \"haralısan\" anadan olduğunu soruşanlara "azərbaycanlıyam" deyə cavab verir. Ancaq kimsə dəqiqliklə soruşduqda və çox dərinə getdikdə məcburiyyət qarşısında qalaraq \"Şəmkirdə anadan olmuşam\" söyləyir. T.Verdiyev Heydər Əliyevlə canlı görüşdüyündən qürur hissi ilə danışır və onunla bağlı xatirələrini bizimlə həvəslə bölüşür.

İlk öncə ulu öndər Heydər Əliyevlə tanışlığı barədə danışan T.Verdiyev bildirir ki, ilk dəfə onun qonaqlarını restoranda qarşılayıb, çox yüksək səviyyədə də yola salıblar. Bundan sonra onların tanışlığı başlayıb. T.Verdiyev qeyd edir ki, hazırki prezident İlham Əliyev ali məktəbə daxil olanda anası Zəifə xanım bir il Moskvada yaşayıb və o müddət ərzində ona yemək aparıb-gətirib.

Akademik Brokovski deyirdi ki, məndən gecə vaxtı \"dünyada ən böyük səhiyyə alimi kimdir\" deyə soruşsalar, fikirləşmədən Heydər Əliyev deyə cavablandıraram.

... 1961-ci ildə Şəmkirin katibi Hacıyev İsmayıl mənə zəng vurdu ki, Moskvaya gəlirəm, mənə oteldə yer al. Onu yaxşı qarşılayıb otellərin birində yerləşdirdim. İsmayıl yatıb-dincələndən sonra restoranıma gəlib çay-çörək yeyib-içdi. Çıxanda şvesar qorxa-qorxa gəlib dedi ki, sənin xalanoğlunu milis tutub. Günorta 5-6 radələri idi. Çıxanda gördüm ki, İsmayılı maşını mindirirlər ki, restorandan içkili çıxıb. O vaxtı Xruşovun qərarı var idi ki, 100 qramdan artıq içkini restoranda nə vermək, nə də içmək olmaz. Dedim ki, nə içkilidir, o, mənim xalam oğludur və böyük bir rayonun rəhbəridir. Onun verdiyi qərarları hər kəs icra edir. Dedilər ki, sizin katibiniz və digər yüksək rütbəliləriniz julik və yalançıdırlar. Bu vaxtı digər tərəfdən \"uçoskovu\" gəldi. Onunla danışandan sonra İsmayılı maşından düşürdülər.

Digər bir hadisəni danışım. 1971-ci ildə \"Bakı\" restoranı bir küçədən digərinə köçürülürdü. Həmin küçədə olan mağaza və restoranlar demək olar ki, şüşədən idi. Hərə əlinə gələni atıb şüşələri qırırdı. Milisə dedim ki, mənim restoranımı dağıdırlar. Bunların kim olduğunu soruşanda cavab verdim ki, julik azərbaycanlılardır. O vaxt dedi ki, elə qəhrəman xalqın nümayəndəsindən julik olmaz. Sevincimdən ağladım. Ona görə ki, 1961-ci ildə ünvanına julik deyilən xalqımı indi qəhrəman adlandırırdı. Deməli, bunu belə bir zirvəyə çatdıran, xalqımızı dünya xalqları səviyyəsinə gətirən dahi şəxsiyyət Heydər Əliyev olub. Bunların hamısını gözümün şahidi olmuşam.

... 1966-cı ildə Səməd Vurğunun 60 illik yubileyi keçirilirdi. Hüseyn Arif gəlib mənə dedi ki, Səməd Vurğunun lubileyi keçirilir və mənə də dəvətnamə verdi ki, kimi istəsəniz dəvət edərsiniz. Boris İvanoviç adlı bir qonşum vardı və dəvətnaməni ona verdim. Dedim ki, Puşkinlə bərabər bir şairin yubileyinə getmək istərsəınmi? Dedi ki, təbii. Onunla həmin gün yubileyə getdim. O birdən mənə dedi ki, \"ayıb olsun ki, keçi otaranı sən gətirib Puşkinlə bərabər edirsən\".

Bu sözlər mənim ürəyimdə 10 il idi ki, qalırdı. 1976-cı ildə Səməd Vurğunun 70 illik yubileyi keçirilirdi. Böyük Teatrda tədbir keçirmək hər kəsin işi deyildi. Həmin dövrdə Heydər Əliyevin rəhbərliyi ilə Səməd Vurğunun yubileyi böyük teatrda keçirildi. Səməd Vurğunun 70 illik yubileyində yenidən Boris İvanoviçə dedim ki, Böyük Teatrı görmək istəyirsən? Dedi ki, "62 yaşım var, hələ ki orada olmamışam, məmnuniyyətlə gələrəm". On il idi o söz ürəyimi deşirdi. İstəyirəm indiki gənclər də bilsinlər ki, onların babası çox böyük dahi olub. Boris mənə dedi ki, bir sualim var. Bu həmin şairdi? Cavab verdim ki, bəli. Dedi ki, o dirilib gəlib? Cavabında dedim ki, o dirilib gəlməyib, onun sahibi Heydər Əliyev gəlib. O 10 il bundan öncə dediyi sözə görə məndən üzr istədi və Səməd Vurğunun böyük şair olduğunu etiraf etdi.

... Həyat yoldaşımın rəfiqəsinin yoldaşı heykəltaraşdır. O deyir ki, qonaqlıqların birində Heydər Əliyev sual verib ki, XII əsrdə italyan heykəltaraşı kim olub. Heç kim bu suala cavab vermədi. O deyirdi ki, gecə saatlarında məndən \"dünyada ən istedadlı, bacarıqlı heykəltaraş kimdir\" soruşduqda, onun Heydər Əliyev olduğunu deyərdim. Bu faktların heç birini heç yerdə görmək mümkün deyil. Mən onların canlı şahidi olmuşam.

... Moskvada fəaliyyət göstərərkən Heydər Əliyev Azərbaycanın Moskvadakı səfiri Ənvər Camalova deyib ki, sabah Tahir Verdiyevlə yanıma gəl. Artıq narahat oldum ki, məni nə üçün çağırır. Amma o mənə dedi ki, \"Şirvan\" restoranın yaradılmasında səfirliyin köməyi olub-olmadığını soruşsalar, deyərsiniz ki, olub. Səhəri gün qəbula getdik. Mənə dedi ki, Tahir, oğlum, sənə sualım var. Nə vaxtdan Azərbaycan məbəxi gürcü mətbəxinə birləşib? Əvvəlcə mənə söz çatmadı. Dedi ki, görürəm başa düşmürsən sənə izah edim. İki gun bundan öncə axşam keçəndə gördüm ki, \"Şirvan restoranı\" yazılıb. Maraqlandım və mənə dedilər ki, sən açmısan və bu münasibətlə səni təbrik edirəm. Amma bir şey var ki, altında xaçapuri sözü niyə yazılıb?

Görün, Heydər Əliyevdə nə qədər azərbaycançılıq var ki, həmi yazını oradan həmin vaxta kimi neçə azərbaycanlı görüb, amma o dərəcəsinə fikir verməyiblər. Səhəri gün həmin yazı oradan yığışıldı. Onun gözündən heç bir şey qaçmırdı.

... \"Bakı\" restoranın açılışında Siyasi Büronun üzvləri və 3 nazir iştirak edib. Süfrənin arxasında Heydər Əliyev sağlıq dedi. \"Poritbüro\"nun üzvləri və nazirlər dedilər ki, bu restorana restoran kimi baxmaq olmaz. Leyli Məcnuna hansı gözlə baxırsa mən də restorana o gözlə baxıram. Bu restoran Azərbaycan xalqını dünya xalqlarına çatdıran bir evdir. Ona Azərbaycan mədəniyyətini, mətbəx, vətənpərvərliyini dünya xalqlarına çatdıran bir ev kimi baxmaq lazımdır. Bu böyük sözdür. Üstündən 2 ay keçəndən sonra məlum oldu ki, Amerika jurnalları, qəzetlər "Bakı" restoranından yazır. Smiqul gəldi ki, Amerika prezidenti Niksonun arvadı ad gününü keçirmək üçün buraya gəlir. Ona görə də ehtiyatlı olmaq və yaxşı yola vermək lazımdır. Qadın 40 nəfər də ətrafında köməkçiləri ilə gəldi. Qonağa göstərilən bütün qulluqları səhnələşdirdim və çox yüksək səviyyədə təşkil etdik. Qadın sonda öz minnətdarlığını, təşəkkürünü bildirdi. O dedi ki, mənim yoldaşım Amerikanın prezidentii Niksondur və onunla dünyanın müxtəlif ölkələrini gəzmişəm. Ancaq belə dadlı, qüvvətli mətbəxi dünya ölkələrinin heç birində görməmişəm. Buna görə də Heydər Əliyevə təşəkkür ediirk. Mənim yoldaşımın ikinci dəfə prezident seçilsə, xahiş edəcəm ki, ilk təyyarəm bura uçsun. Niksonun yoldaşı dedi ki, yoldaşım SSRİ-ni yeganə qüvvə saxlaya bilən qüvvənin Heydər Əliyevdə olduğunu deyib. Sovet hökumətini yalnız Heydər Əliyev saxlaya bilər, başqa heç kim. Elə də oldu.

... Marşal Baqramyan dedi ki, kaş Heydər Əliyev erməni xalının nümayəndəsi olaydı. Mən ona cavab olaraq dedim ki, erməni xalqının nümayəndəsi Mikoyan var. O dedi ki, Mikoyan Heydər Əliyevin yanında toz da ola bilməz. Bunu erməni marşalı özü deyib, etiraf edib.

... Promosov deyir ki, Azərbaycan xalqının Cənubi Qafqazda gürcü və erməni xalqının hesabına yaşayan xalq olduğunu düşünürdüm. Sonradan gedib Azərbaycanı gördüm, Heydər Əliyev ölkəni mənə göstərdi və mən gördüm ki, səhfə yol vermişəm. Sən demə həmin iki xalq hər zaman Azərbaycanın hesabına yaşayıb.

... Azərbaycanın Rusiyadakı Səfirliyinin binasının yanında yerləşən oteli almaq üçün Heydər Əliyev çəkinirdi ki, oranı necə alsın. Bundan xəbər tutan Aleksey Kaçınski deyib ki, Heydər Əliyev elə bir şəxsiyyətdir ki, Moskvanın yarısını da ona verməyə hazırıq.

... \"Alma-ata\" restoranını inşa edəndə Alma-ataya gəldim və məni Siyasi Büronun üzvü Kunayev qəbul etdi. Mən harda olmağımdan asılı olaraq menyuya Azərbaycan mətbəxindən salırdım. Qazak menyusu bir az zəif idi. Kunayev menyuya baxanda dedi ki, mən başa düşmürım ki, bu qazak mətbəxidir, yoxsa Azəbaycan. Mən də dedim ki, qazak mətbəxini hamı Moskvada tanımır. Alma-atanın Moskvada bu vaxta kimi mətbəxi olmayıb, amma Azərbayanın 1948-ci ildən Moskvada restoranı fəaliyyət göstərir. O mənə dedi ki, yaman vəziyyətdən çıxdın. Kunayev dedi ki, Heydər Əliyev böyük şəxsiyyətdir. Siyasi Buronun həqiqi üzvü Heydər Əliyev olmalıdır. Bütün dünya dahiləri onun qarşısında diz çökürdülər.

... Alman jurnalisti tez-tez bizdə yemək yeməyə gəlirdi. Bir gün mənə dedi ki, yazdığım əsərdə Azərbaycan xalqını mənfi göstərmişəm. Hətta onları alverçi, qarpız üstündə yatan kimi qələmə vermişəm. O dedi ki, amma səhvə yol verib və yenidən o əsəri ikinci dəfə yazır. Həmin əsərdə isə səhvini düzəldərək Azərbaycan xalqını dahi, böyük millət kimi qələmə verir. Çünki sizin dahi, qəhrəman rəhbəriniz var. Mən onun qarşısında diz çökürəm.

... Heydər Əliyevə Andropov sual verir ki, sən nə üçün KKB-nin sədri olmaq istəyirsən? Heydər Əliyev cavab verir ki, çünki qonşularımız olan ermənilər də, gürcülər də KKB-nin sədri öz nümayəndələrindəndir. Biz xalqa başa sala bilmirik ki, Kommunist Partiyası bizə inanmır. Həmin vaxt Andropov Heydər Əliyevin bu fikri ilə razılaşır və bildirir ki, buna görə də siz KKB-nin sədri olmalısımız.

... Yeltsin deyib ki, mənim bir şeyə heyfim gəlir, Heydər Əliyevin kabinetində ağızından su axan Kamran Bağırov oturub. Belə şəxsiyyətin kabinetində gör, kim oturub. O, böyük dahi olub. Hətta Yeltsin onun kabinetində belə bir şəxsin oturmasının tərəfdarı deyildi. Baxmayaraq ki, rus idi və Heydər Əliyevə münasibəti sərin idi.

... AzTV-nin sədri Elşad Quliyev danışırdı ki, onu Heydər Əliyev çağıtdırıb. Görüş zamanı ona deyib ki, çalışın Azərbaycan balaları öz tarixlərini yaxşı öyrənsinlər.

Bütün xəbərlər Facebook səhifəmizdə