Qəbələdə keçiriləcək Beynəlxalq Pestisid forumunda 120-dən artıq ekspert iştirak edəcək

Qəbələdə keçiriləcək Beynəlxalq Pestisid forumunda 120-dən artıq ekspert iştirak edəcək
40-dan çox ölkəni təmsil edən 120-dən artıq ekspertin iştirakı ilə keçiriləcək forumda Davamlı Üzvi Çirkləndiricilər, köhnəlmiş pestisidlər və təhlükəli kimyəvi tullantılar üzrə layihələrin həyata keçirilməsində maraqlı olan tərəflər arasında müzakirələrin aparılması üçün platforma yaradacaq.

SİA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən verdiyi məlumata görə, forum Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Beynəlxalq Pestisid Assosiasiyası (İHPA) tərəfindən, həmçinin Niderland Krallığı, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Davamlı Üzvi Çirkləndiricilərə dair Mərkəzi və Şərqi Avropa Regional Mərkəzi (RECETOX), Çexiyanın Brno şəhərinin Masarik Universiteti və Almaniyanın Federal Ətraf Mühit Agentliyinin (UBA) dəstəyi ilə keçirilir.

11-ci Forum ölkələr, ekspertlər, təşkilatlar və donorlar arasında daha geniş informasiya mübadiləsi və mümkün əməkdaşlığın yaradılması məqsədi ilə hökumətləri, donorları, BMT agentliklərini, hökumətlərarası təşkilatları, QHT - ləri, elmi və özəl sektoru bir araya gətirəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com