Kəndlərdə internetin keyfiyyəti yaxşılaşacaq

Kəndlərdə internetin keyfiyyəti yaxşılaşacaq
Yaxın vaxtlarda bölgələrə sakinlərinin daha keyfiyyətli və sürətli internetlə təmin olunmasına şərait yaratmaq məqsədilə 25 min port DSLAM avadanlığı quraşdırılacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun SİA-ya verdiyi məlumata görə, layihə çərçivəsində 20 rayon mərkəzi və 143 kəndin genişzolaqlı internetə çıxışı təmin olunacaq. Bu məqsədlə tezliklə kənd yerlərində əlavə avadanlıqların quraşdırılmasına başlanılacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə