Gənclər üçün yeni turizm layihəsi keçiriləcək

Gənclər üçün yeni turizm layihəsi keçiriləcək
Gənclər üçün Təhsil Mərkəzi yeni turizm layihəsini həyata keçirməyə hazırlaşır. Proqramın əlaqələndiricisi Qabil Əliyevin SİA-ya verdiyi məlumata görə, layihənin məqsədi ölkəmizin turizm potensialını həm daxildə həm də xaricdə tanıtmaqdır: "2 il davam edəcək proqram çərçivəsində Avropanın təhsil ocaqlarında müxtəlif tədbirlər keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində turizm potensialını nümayiş etdirməyə imkan verən internet portalın yaradılacaq, xarici universitetlərdə təqdimat mərasimləri və Azərbaycan günlərinin keçirilməsi də planlaşdırılır. Həmcinin turizm şirkətləri üçün idarəetmə təlimləri, hava limanında maarifləndirmə işlərinin təşkili, xarici ölkənin turizm təşkilatlarının təcrübəsi öyrənilməsi də nəzərdə tutulub".

Bütün xəbərlər Facebook səhifəmizdə