Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 4-də saat 20.05-dən 20.20-dək və sentyabrın 5-də saat 01.10-dan 01.15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 00.15-dən 00.35-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05.40-dan 05.50-dək Jəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbayjan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə