Şimali Karolinada qocaları öldürən şəxsə 160 il iş kəsildi

Şimali Karolinada qocaları öldürən şəxsə 160 il iş kəsildi

Şimali Karolina məhkəməsi 49 yaşlı qoca qatili Robert Kennet Stüardı qocalar evində törətdiyi çoxsaylı qətllərə görə ömürlük olaraq dəmir barmaqlıqlar arxasına göndərib. SİA-nın verdiyi məlumata görə, qatil 8 insanı gözünü qırpmadan öldürüb. Stüard cinayəti 2009-cu ildə Kartec şəhərindəki ərazidə yerləşən \"Paynleyk\" qocalar evində törədib. Hadisədən iki hətə öncə, o, öz arvadı ilə ayrılmış, sonradan isə arvadını axtarmaq məqsədilə onun işlədiyi qocalar evinə gəlmişdir. Lakin axtardığını tapmadıqdan sonra, o ətrafa atəş açaraq 75-98 yaşlı yeddi insanı öldürmüş, daha sonra, orada çalışan 39 yaşlı Jene Stüardı qətlə yetirmişdir.

Qatil həbs olunduqdan sonra məhkəmə belə qərara gəlib ki.o, bu hadisəni planlaşdırmış şəkildə törətməyib və bu səbəbdən də ölüm cəzasına məhkum olunmayıb. Stüard səkkiz insanın ölümüylə nəticələnən hadisədən dolayı ikinci dərəcəli qəsdən öldürmə məcəlləsinə uyğun olaraq, 160 il həbs cəzasına məhkum olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə