Qəddafi güclərinə qarşı döyüşən şəxs MKİ-ni zorakılıqda ittiham edib

Qəddafi güclərinə qarşı döyüşən şəxs MKİ-ni zorakılıqda ittiham edib
Qəddafi güclərinə qarşı döyüşən ordunun komandanı Əbdülhakim Belhəc gözlənilmədən açıqlama verib. Komandan bildirib ki, vaxtilə MKİ əməkdaşları ona qarşı zorakılıq metodlarından istifadə ediblər. O, bu açıqlamanı \"The Independent\" qəzetinə müsahibə verərkən bildirib.

Ə.Belhəcin sözlərinə görə, amerikalı kəşfiyyatçılar onu 2004-cü ildə Malayziyada həbs ediblər. Sonra isə Tailand ərazisinə keçiriblər və orada ona qarşı güc tətbiq olunub. Xəbər verilir ki, Belhəc Asiyanın cənub-şərq istiqamətində öz hamilə həyat yoldaşı ilə Müəmmar Qəddafidən gizlənirmiş. Ə.Belhəc 1990-cı ildən \"Liviya hərbi islam qruplaşması\" təşkilatında fəaliyyət göstərib və Qəddafi rejiminə qarşı dəfələrlə əməliyyatlarda iştirak edib.
ABŞ-da isə onun Əl-Qaidə ilə bağlılığı barədə məlumatlar əldə olunmuşdu və ehtimal edilirdi ki, 11 sentyabr hadisələrində Ə.Belhəcin də əli var. Onun həbsindən sonra, amerikalılar Belhəci Liviya hökumətinə təhvil vermiş və o, Əbu Səlim həbsxanasında da zorakılığa məruz qalmışdı. Ə.Belhəc 2010-cu ildən azadlıqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə