Səməd Seyidov: “ “Eurovizion”la bağlı viza rejimində hər hansı problem olmayacaq”
"Azərbaycanda "Eurovizion"la bağlı viza rejiminin sadələşdirilməsi gündəmdə deyil". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib: "Azərbaycan açıq ölkədir və ölkəmizdə qəbul olunmuş viza rejimi dünyada qəbul olunmuş standartlara və prosedurlara əsaslanır", - deyə əlavə edib.
Ölkədə miqrasiya xidməti fəaliyyət göstərdiyini vurğulayan millət vəkili hesab edir ki, bununla bağlı hər hansı problem olmayacaq: ""Eurovizion" müsabiqəsi Almaniyada keçiriləndə Almaniya öz viza rejimini dəyişdirməyib. Sadəcə, qonaqlara, gələn insanlara daha çox diqqət, yüksək münasibət göstərmək müsabiqəni keçirən hər bir ölkənin borcudur. Azərbaycanda isə bu qonaqpərvərlik tarixi bir adət-ənənədir. Ona görə də hesab edirəm ki, bununla bağlı hər hansı problem olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB