Azərbaycan Abxaziyada keçirilmiş qondarma prezident seçkilərini tanımadı
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 26 avqust 2011-ci il tarixində Abxaziyada keçirilmiş qondarma prezident seçkiləri ilə bağlı bəyanat yayıb. XİN mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək, Abxaziyada 26 avqust 2011-ci il tarixində keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Cenevrə Müzakirələrini tam dəstəkləyir və münaqişənin həlli istiqamətində hazırkı nizamlama prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə inanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB