Bu gün Bakıda 36 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə +17-22 dərəcə, gündüz 31-36 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun hərarəti +24-25 dərəcə olacaq.


Azərbaycanın rayonlarında isə bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək.


Havanın temperaturu gecə +16-21 dərəcə, gündüz +31-36 dərəcə, dağlarda gecə +10-15 dərəcə, gündüz +23-28 dərəcə isti təşkil edəcək.


Yaxın 3 gün ərzində Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Yağmursuz keçəcək. Mülayim şimal küləyi üstünlük təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə