Qəbələdə 11-ci Beynəlxalq Pestisidlər Forumu keçiriləcək

Qəbələdə 11-ci Beynəlxalq Pestisidlər Forumu keçiriləcək

Sentyabrın 7-9-da Qəbələ şəhərində Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Beynəlxalq Pestisidlər Assosiasiyasının təşkilatçılığı ilə 11-ci Beynəlxalq Pestisidlər Forumu keçiriləcək.


ETSN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, forum artıq 20 ildir ki, dünyanın müxtəlif ölkələrində keçirilərək BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Stokholm Konvensiyasına daxil olan və davamlı xlor üzvi kimyəvi maddələrə aid problemlərin həlli məqsədi ilə dövlət, qeyri-dövlət, elmi tədqiqat, sənaye və s. sahələrin nümayəndələrini, akademik işçiləri bir yerə toplayır.


Bu il Azərbaycanda keçirilməsi nəzərdə tutulan Forum Qafqaz və Orta Asiya ölkələrinin ətraf mühitdə pestisidlər problemlərinə aid olacaq. Forumda Avropa Parlamentinin rəsmiləri, beynəlxalq elmi-tədqiqat mərkəzlərinin, Avropa və MDB ölkələrinin dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri iştirak edəcək.


Tədbir çərçivəsində Qəbələ Bəyannaməsinin qəbul ediləcəyi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə