Gülüstan sarayında Təhsil İşçilərinin Respublika konfransı keçirilir - TƏDBİR

Gülüstan sarayında Təhsil İşçilərinin Respublika konfransı keçirilir - TƏDBİR

Bu gün Gülüstan sarayında Təhsil İşçilərinin Respublika konfransı keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə təhsil naziri Misir Mərdanov, Tələbə Qəbulu Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, baş nazirin müavini Elçin Əfəndiyev və Prezident Administrasiyasının Huminatar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, ali və orta məktəblərin rəhbərləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanaov bildirib ki, builki tədbir Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin bəpra olunmasının 20 illik yubleyi ərəfəsində təşkil olunub. Nazir qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyinin 20 ili ərzində mühüm inkişaf yolu keçib və bu inkişaf özünü təhsil sahəsində də göstərməkdədir. Bu gün Azərbaycan dünya birliyinə inteqrasiya olunur və bütün sahələrdə çox mühüm addımlar atır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkədə sabitlik yarandı və geniş islahatlar aparılmasına başlanıldı. İslahatlar son 8 ildə Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Bu gün Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət proqramları cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir və bütün sahələrdə də inkişaf göz qabağındadır. Eyni zamanda da uğurlu islahatlar davam etdirilir. Təhsil infrastrukturunun yaradılması, milli təhsil sisteminin qurulması və digər bu kimi istiqamətlərdə uğurlu addımlar atılır.

Nazir qeyd edib ki, əvvəlki illərdən fərqli olaraq bu il konfrans fərqli formatda keçiriləcək. Belə ki, ölkədə mövcud olan statistika və digər rəqəmlərlə bağlı bir rəhbərlik deyil, həmin işlə bağlı bilağvasitə məşğul olan insanlar özləri məlumat verəcəklər.

Tədbirin davamında təhsil ictimayətinin nümayəndələri ölkədə mövcud vəziyyətlə bağlı müxtəlif təqdimatlar ediblər.


Bütün xəbərlər Facebook səhifəmizdə