Azərbaycan “TOPRESA” Beynəlxalq turizm sərgisində iştirak edəcək

Azərbaycan “TOPRESA” Beynəlxalq turizm sərgisində iştirak edəcək

Sentyabrın 21-dən 23-dək Fransada keçiriləcək "TOPRESA" Beynəlxalq turizm sərgisində Azərbaycan da iştirak edəcək.


Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən SİA-ya bildiriblər ki, beynəlxalq sərgidə ölkəmizin turizm potensialı icarəyə götürülmüş 70 kvadratmetrlik pavilyonda nümayiş olunacaq.


Burada ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri xüsusi reklam çap məhsulları vasitəsilə təbliğ ediləcək. Tədbir çərçivəsində Fransaya Azərbaycanın milli rəqslərini ifa etmək üçün rəqs qrupu da ezam olunacaq. Azərbaycanın tanınmış turizm şirkətlərinin də qatılacağı sərgidə nümayiş olunacaq materialların fransız dilinə tərcüməsi başa çatıb.


Azərbaycan "TOPRESA" Beynəlxalq turizm sərgisində artıq ikinci dəfə iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə